Azərbaycanda “İnterpol”un Milli Mərkəzi Bürosuna yeni rəis müavini təyin olunub.
Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polkovnik Namiq Camalov vəzifəsindən azad olunaraq sözügedən quruma rəis müavini təyin edilib.
Məlumat DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiq edilib.
Qeyd edək ki, təyinatla bağlı ilk xəbəri “Qaynarinfo” yayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.