AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Dövlət Departamenti Gürcüstana Cavab - SON DƏQİQƏ

  • + A
  • - A
  • 1-06-2023, 10:12

    ABŞ Dövlət Departamenti Gürcüstana Cavab -


    ABŞ Dövlət Departamenti Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Rusiyanın Ukraynaya hücumunun səbəbi kimi ukraynalıların NATO-ya üzv olmaq istəyini göstərməsi ilə bağlı bəyanatına cavab verib.

    Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

    Qeyd edək ki, “Rusiyanın təcavüzüe 2022-ci ildə başlamayıb, bu genişmiqyaslı işğal 2014-cü ildə Krım, Luqansk və Donetsk vilayətlərinin bir hissəsinin ələ keçirilməsinin davamı idi. Rusiya Ukraynanın NATO-ya daxil olmaq istəyindən ölkəni işğal etmək üçün bəhanə kimi istifadə edib. Putini dayandırmaq məqsədilə suveren Ukrayna ərazisinə genişmiqyaslı işğalın başlanmasından bəri ABŞ daima Rusiyanı dialoq və diplomatiyaya çağırıb. Lakin Putin müharibəni seçib.”

    ABŞ-ın Gürcüstanın da NATO-ya üzv olmaq istəkləri ilə bağlı mövqeyi dəyişməyib. Tiflis rəsmilərini üzvlük üçün lazım olan həyati demokratik islahatları həyata keçirməyə çağırırıq. Gürcüstan NATO-nun güclü tərəfdaşıdır. ABŞ Gürcüstanın NATO-ya üzv olmaq istəklərini dəstəkləyir”, - məlumatda deyilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR