Rusiyalı həmkarım Vladimir Putinlə bir ildən artıqdır ki, əlaqə saxlamıram.
Azadmedia.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
Belə ki, “Bir ildən çoxdur ki, Putinlə danışmıram. Amma onu görməyə gedən və ya onunla danışan bir çox AB lideri gördüm. Düşünürəm ki, kimsə ilə danışmaq pis deyil. Amma mən bunu etmirəm, çünki hamı deyərdi: “Serblərə bax. Bizə nəyi qadağan etmək istəyirlərsə, özlərinə onu icazə verirlər”, - deyə o bildirib.
Həmçinin Vuçiç Putin və Ukrayna Prezidenti Zelenskini ən qısa zamanda eyni masa arxasında görmək istədiyini bildirib.
Qeyd edilib ki, “Hər ikisi ortaq məxrəc tapmalıdır. Hər iki tərəfdən güzəştə ehtiyac var. Əks halda başqa münaqişələrimiz olacaq. Ən qısa zamanda ortaq məxrəc tapılmalıdır, bu, bəşəriyyət, bütün dünya üçün daha yaxşı olar”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.