AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Danışıqların yeni raundu Vaşinqtonda başlayacaq - Paşinyan

  • + A
  • - A
  • 2-06-2023, 10:07

    Danışıqların yeni raundu Vaşinqtonda başlayacaq - Paşinyan

    Paşinyan iyunun 2-də Moskvada baş nazir müavinlərinin, iyunun 12-də isə ABŞ-da Ermənistan və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü açıqlayıb.

    Bu gün Moskvada regional kommunikasiyaların bloklanması üzrə Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli işçi qrupunun iclası keçiriləcək. Bu barədə cümə axşamı Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşündə bildirib.

    O, həmçinin bəyan edib ki, iyunun 12-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların yeni raundu başlayacaq.

    “İyunun 12-dən Vaşinqtonda Azərbaycan və Ermənistan başçıları formatında görüşlər keçiriləcək”, - Paşinyan bildirib.

    Baş nazir həmçinin Əliyevlə iyulun 21-də Brüsseldə görüşü və oktyabrın 5-də Qranadada beştərəfli görüşə dəvəti təsdiqləyib.

    Qeyd edək ki, Paşinyan elə həmin yerdə bəyan etmişdi ki, Bakı və İrəvan əvvəllər 1975-ci ilin sovet xəritələrini əsas götürərək sərhədlərin delimitasiyası ilə bağlı razılığa gəliblər.

    Azadmedia.az xəvər verir ki, bundan əvvəl Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələlərinə dair görüşünün keçiriləcəyini bildirmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR