ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan israilli həmkarı Saxi Xaneqbi və Dövlət katibi Ron Dermeri Ağ Evdə qəbul edib. Onlar qarşılıqlı maraq doğuran geniş spektrli qlobal və regional məsələləri müzakirə ediblər.
Azadmedia.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
Qeyd edək ki, “Amerika-İsrail Strateji Məsləhət Qrupunun mart görüşündən sonra onlar İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün koordinasiyanın gücləndirilməsi məsələlərini, İrandan gələn təhdidlərə qarşı mübarizə yollarını müzakirə etməyə davam ediblər. Sallivan administrasiyanın İsrailin bütün Yaxın Şərqdə təhlükəsizliyini və iqtisadi inteqrasiyasını daha da gücləndirmək məqsədini bir daha təsdiqləyib. O, həmçinin fələstinlilərin həyatını yaxşılaşdırmaq üçün əlavə addımların atılmasının vacibliyini vurğulayıb. Bu da daha dinc, firavan və inteqrasiya olunmuş regionun yaradılması üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə bəyanatda deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.