AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şükür etməliyik bizdə uşaq pulu verilmir (buna ehtiyac yoxdur)

  • + A
  • - A
  • 4-06-2023, 03:30

    Şükür etməliyik bizdə uşaq pulu verilmir (buna ehtiyac yoxdur)

    "Azərbaycanda uşaq pulu verilmir" cümləsi doğru və məntiqli deyil, "Azərbaycanda uşaq puluna ehtiyac yoxdur" cümləsi işlədilməlidir, çünkü yalnız bu cümlə real və obyektiv cümlədir. Uşaq pulu zəif ölkələrdə verilir, əhalinin sayı azalan ölkələrdə verilir, hansıkı əhalinin əksəriyyəti həmin ölkələrdə dünyaya uşaq gətirmək marağında olmur və orta yaşdan sonra da əhalinin çox ciddi hissəsi qocalıq yaşına çatmadan dünyasını dəyişir. Ölkə əhalisi sürətlə azalır, yaxud azalma təhlükəsi var.

    Ölkəmizdə uşaq pulundan bir neçə dəfə çox ünvanlı sosial yardım verilir, həm onun məbləği çoxdur, həm də, o, daha ədalətlidir, çünkü onu varlının uşağı almır, sırf ehtiyacı olan ailələr alır. Ölkəmizdə əhalinin rifahı ilə bağlı çox şəffaf və ədalətli sistem qurulub, sosial ədalət daim qorunur.

    Azərbaycan uzunömürlülər diyarıdır, qocalıq dövrünə qədəm qoymadan ölüm halları demək olar ki, çox azdır, nadir hal kimi qiymətləndirilə bilər. Əhalinin maddi rifahı çox yaxşı olduğu üçün elə bir ailə yoxdur ki, evlilikdən dərhal sonra dünyaya uşaq(lar) gətirmək istəməsin. Ölkəmizdə əhalinin sayı təbii olaraq durmadan artır, iqtisadiyyatımız çox güclüdür, sağlam idarəetməsi olan ölkələrdə əhalinin sayı təbii olaraq artır. Şükür etməliyik bizdə uşaq pulu verilmir (buna ehtiyac yoxdur), bütün güclü dövlətlərdə "uşaq pulu" sözü söz olaraq da artıq tarixə qovuşmuşdur.

    Mircalal Mehdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR