AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ceyhun Bayramov Türkiyənin yeni xarici işlər nazirini təbrik edib və onu Azərbaycana səfərə dəvət edib

  • + A
  • - A
  • 4-06-2023, 14:17

    Ceyhun Bayramov Türkiyənin yeni xarici işlər nazirini təbrik edib və onu Azərbaycana səfərə dəvət edib

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı zamanı onu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

    V.Bayramov iki ölkə arasında dərin köklərə, ümumi maraqlara və dəyərlərə əsaslanan çoxşaxəli və strateji müttəfiqlik münasibətlərinin inkişafı istiqamətində birgə səylərin daha da gücləndiriləcəyinə əminliyini bildirib.

    Görüşdə iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlığın müxtəlif aspektləri, regional problemlər ətrafında fikir mübadiləsi aparılıb.

    Bayramov Fidanı Azərbaycana səfərə dəvət edib.

    Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, yeni nazir təbrikə və səmimi sözlərə görə Bayramova təşəkkür edib və Azərbaycana səfər dəvətini məmnuniyyətlə qəbul edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR