Ukraynanın əks-hücumu strateji əhəmiyyətli əraziləri geri qaytaracaq.
Azadmedia.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
Qeyd edək ki, “Amerika Ukraynanın elan etdiyi əks-hücumun uğurlu olacağına inanır. Ağ Ev əks-hücumun nəticələrini qiymətləndirməyi planlaşdırmır. Bu, imtahan deyil. Ukraynanın döyüş meydanında mümkün qədər çox irəliləyiş əldə etməsi üçün biz Ukraynaya daha çox dəstək vermək niyyətindəyik. Bu, Kiyevin danışıqlar masasında ən əlverişli mövqeyə sahib olması üçün lazımdır”, - Sallivan bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.