İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Azadmedia.az xəbər verir ki, telefon danışığı zamanı İranın XİN rəhbəri Hakan Fidanı Türkiyənin xarici işlər naziri təyin olunması münasibətilə təbrik edib.
Belə ki, Abdullahian iki ölkə arasında sıx əməkdaşılığın yeni dövrdə də davam edəcəyinə və daha da yaxşılaşacağına ümidvar olduğunu bildirib.
Həmçinin telefon danışığı zamanı İran xarici işlər naziri turkiyəli həmkarını Tehrana səfərə dəvət edib. Nazir, həmçinin, ikitərəfli əlaqələrin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
İranın baş diplomatı iki ölkənin regional məsələlələrdə əməkdaşlığını vacib hesab etdiyini qeyd edib.
Hakan Fidan iranlı həmkarının təbrikinə görə minnətdarlığını bildirib. Yeni nazir Türkiyə ilə İran arasında dialoqların və əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirib.
Qeyd edək ki, Hakan Fidan ən qısa zamanda Tehrana səfər edəcəyini deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.