Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin əməkdaşları ölkədə mümkün çevrilişin iştirakçılarının kütləvi həbsinə başlayıb.
Azadmedia.az xəbər verir ki, xarici KİV mənbəyi bu barədə məlumat yayıb.
Belə ki, bir qrup şəxs hakimiyyəti zorla ələ keçirməyə hazırlaşırmış.
Qeyd edək ki, “Xüsusi xidmət orqanlarının konkret kimləri saxladığı barədə məlumat verilmir. Rəsmi olaraq hüquq-mühafizə orqanları hələlik bu məlumatı şərh etməyiblər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.