AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vyanada keçirilən iclasda İranla bağlı hesabat təqdim edilib - Qrossi

  • + A
  • - A
  • 5-06-2023, 17:05

    Vyanada keçirilən iclasda İranla bağlı hesabat təqdim edilib -

    Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi agentliyin Rəhbərlər Şurasının Vyanada keçirilən iclasında İranla bağlı hesabatını təqdim edib.

    Azadmedia.az xəbər verir ki, Agentlik rəhbəri təqdim etdiyi hesabatda İranın Abadedə uran izlərinin olmasının mümkün səbəbini agentliyə izah etdiyini açıqlayıb. Qrossinin sözlərinə görə, Marivan sahəsində uranın olmasının mənşəyi ilə bağlı araşdırma hələ də davam edir.

    Qeyd edək ki, Qrossi Agentliyin İdarə Heyətinə təqdim etdiyi hesabatda İranın 20% zənginləşdirmə ilə uran ehtiyatlarının təxminən 500 kq, 60% zənginləşdirmə ilə uran ehtiyatlarının isə 100 kq-a çatdığını açıqlayıb.


    Bundan başqa AEBA baş direktoru hesabatda İranın uran ehtiyatlarının son rübdə dörddə bir artdığını qeyd edib. O, Agentliyin mayın əvvəlində bir sıra obyektlərdə müşahidə kameraları quraşdırdığını bildirib-Agentlik ilk dəfə olaraq Fordo və Natanz obyektlərində zənginləşdirmə müşahidə kameraları quraşdırıb. Bu bizə həmin obyektlərdə zənginləşdirmə səviyyələrində hər hansı dəyişikliyi daha tez müəyyən etməyə kömək edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR