AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Roma Papası İlham Əliyevə təbrik ÜNVANLADI

  • + A
  • - A
  • 5-06-2023, 21:29

    Roma Papası İlham Əliyevə təbrik ÜNVANLADI

    Roma Papası Fransisk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

    Məktubda deyilir:

    “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

    Zati-aliləri!

    Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ölkənizlə bağlı əmin-amanlıq və firavanlıq arzularımı, həmçinin atanız, Zati-aliləri cənab Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi təbriklərimi çatdırıram.

    Azərbaycanın inkişafı, Müqəddəs Taxt-Tac ilə diplomatik münasibətlərin qurulması istiqamətində dahi Heydər Əliyevin səyləri daim minnətdarlıq hissi ilə xatırlanacaq. Uca Tanrıdan diləyirəm ki, Azərbaycana və onun xalqına bundan sonra da tərəqqi, rifah, cansağlığı və əmin-amanlıq nəsib etsin.

    Möhtərəm Prezident, Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, bütün həmvətənlərinizə Allahdan ruzi-bərəkət diləyirəm”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR