2012-ci ildən bəri yoxsulluq həddində yaşayan vətəndaşların sayı iki dəfə azalıb və o vaxtdan bəri demək olar ki, yarım milyon insan yoxsulluğun öhdəsindən gəlib.
Azadmedia.az xəbər verir ki, bu sözləri Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.
Belə ki, "2012-ci ildə 1,1 milyon insan yoxsulluq həddindən aşağı yaşayırdı, biz hakimiyyətə gələndən sonra bu rəqəm iki dəfə azalıb", - deyə baş nazir bildirib.
Qeyd edilib ki, yoxsulluq səviyyəsi 15,6%-ə çatıb və bu, hələ də böyük problem olaraq qalır, lakin tarixi minimumdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.