Ukrayna konflikti üzrə sülh danışıqlarının alternativi yoxdur.
Azadmedia.az xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.
Belə ki, "Hesab edirəm ki, hamı güc toplamalı, danışıqlar masası arxasına əyləşməli, sülh danışıqları prosesinə başlamalıdır. Bunun alternativi yoxdur", - deyə Qaribaşvili bildirib.
Qeyd edək ki, baş nazir bütün qitənin təhlükə altında olduğunu vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.