İsveç Ali Məhkəməsi PKK terrorçusunu Türkiyəyə ekstradisiya etmək qərarına gəlib.
Azadmedia.az xəbər verir ki, bu barədə İsveçin “Aftonbladet” qəzeti məlumat yayıb.
Belə ki, “Ali Məhkəmə PKK terrorçusunun ekstradisiyasını təsdiqləyib. Məhkəmədən sonra İsveç hökuməti ekstradisiya ilə bağlı qərar verməlidir”, - deyə məlumatda deyilib.
Qeyd edək ki, ekstradisiya ediləcək şəxs 2022-ci ilin avqustunda İsveçdə həbs edilmiş 35 yaşlı kişidir. Həbs Türkiyənin Adana Baş Prokurorluğunun sorğusu əsasında həyata keçirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.