Sergey Lavrova tövsiyəm odur ki, Rusiya qoşunlarını Ukraynadan çıxarsın..
Azadmedia.az xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Belə ki, “Nazir Lavrova demək istədiyim ilk şey odur ki, əgər siz Ukraynanın hərbi potensialından narahatsınızsa, o zaman qoşunlarınızı geri çəkib Ukraynanı tərk etməlisiniz”, - deyə o bildirib.
Həmçinin Kirbi qeyd edib ki, F-16-lar Ukraynanın uzunmüddətli müdafiə ehtiyaclarının bir hissəsi kimi təmin ediləcək.
Xatırladaq ki, Lavrov F-16 qırıcılarının Ukraynaya təhvil verilməsinin eskalasiyaya gətirib çıxaracağını, qırıcıların modifikasiyalarından birinin nüvə silahı daşımaq qabiliyyətinə malik olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.