AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə Prezidenti “bu qıza sahib çıxın” deyə göstəriş vermişdi - Görün nələr oldu..

  • + A
  • - A
  • 7-06-2023, 17:16

    Türkiyə Prezidenti “bu qıza sahib çıxın” deyə göstəriş vermişdi -



    Türkiyədə yeni təyin olunan Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşla bağlı maraqlı məlumatlar ortaya çıxıb.

    Azadmedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mahinur Özdemir Göktaş Belçikada mühacir ailəsində doğulub.

    Belə ki, o, Azad Brüssel Universitetində “Siyasi elmlər” fakültəsində təhsil aldıqdan sonra Belçikada fəaliyyət göstərən CHD Partiyasına üzv olub. Bir müddət sonra Belçika parlamentində "erməni soyqırımı"nın tanınması ilə bağlı keçirilən müzakirələr zamanı Göktaşın təmsil etdiyi partiya rəhbərliyi bütün üzvlərin bu “soyqrımı” tanımasını tələb edib. Göktaş isə buna kəskin etirazını bildirib. Nəticədə onu partiyadan xaric ediblər.

    Qeyd edək ki, Belçika parlamentində baş verənləri və Göktaşın qətiyyətini görən Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan “bu qıza sahib çıxın” deyə göstəriş verib. Bundan sonra Göktaş 2019-cu ilin sentyabrında Türkiyənin Əlcəzairdəki səfiri təyin edilib. Dörd il burada səfir olaraq fəaliyyət göstərdikdən sonra Türkiyədə mayın 28-də keçirilən prezident seçkilərinin 2-ci turunun nəticəsi ilə Türkiyənin ailə və sosial xidmətlər naziri olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR