Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenskinin yerinə kimin keçəcəyi ilə bağlı müzakirələr gedir. Qərbin artıq bir neçə namizədi var.
Azadmedia.az xəbər verir ki, bu barədə “InfoBRICS” məlumat yayıb.
Qeyd edilib ki, “Zelenskinin postuna əsas namizəd Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnıdır. Hökumət komandasından kollektiv narazılıq var, bunun üçün dəyişiklik və yenidən qurulma tələb olunur. Bu mənada Zalujnı indiki prezidentdən daha təcrübəli şəxs kimi görünür. Zalujnının indiki vəzifəsi uğrunda da mübarizə gedir. Onu əvəz edəcək şəxslər arasında Quru Qoşunlarının hazırkı komandanı Aleksandr Sırskinin adı çəkilir. Sırskinin adı paralel olaraq Zelenskinin yerinə keçəcək namizədlər sırasında da hallanır.”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.