AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Avropada enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır - Deputat Nizami Səfərov

  • + A
  • - A
  • 7-06-2023, 19:38

    Azərbaycan Avropada enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır -



    Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

    Bakı, 7 iyun — Azadmedia.az

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışındakı çıxışında qeyd etmişdir ki, “Azərbaycan nəhəng enerji infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb”.
    Nəzərə almaq lazımdır ki, ölkəmiz bütövlükdə Avropa İttifaqı və üzv dövlətlərlə ayrılıqda enerji resurslarının təçhizatı sahəsində səmərəli əməkdaşlığ edir. Bir sıra mühüm sənədlərin - 2006-cı ildə Anlaşma Memorandumunun, 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamənin, 2022-ci ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması əyani formada sübut edir ki, Avropada enerji təhlükəsizliyinin təmin edilməsi prosesində Azərbaycan mühüm rol oynayır. Bu heç də təsadüfi deyil, çünki Dövlət Başçısının qeyd etdiyi kimi, “enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur”. Bunu təsdiq etmək üçün bəzi rəqəmlərə müraciət etmək kifayətdir. Azərbaycan təkçə keçən il 19 milyard kubmetr təbii qaz ixrac edib və bunun 8,2 milyard kubmetri Avropaya nəql olunub, bu isə əvvəlki ildən fərqli olaraq 40 faiz çoxdur. 2027-ci ilə qədər Azərbaycandan Avropaya təbii qaz tədarükünün iki dəfə artırılması planlaşdırılır və ölkəmizin bunun üçün hər cür imkanları var. Həmçinin hazırda TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrədək genişləndirilməsi məsələsi müzakirə edilir.
    Digər mühüm məsələ ümumi uzunluğu 182 kilometrdir təşkil edən Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışıdır və bu əhəmiyyətli addım Azərbaycanın qaz ixracı coğrafiyasını genişləndirəcəkdir. Ümumiyyətlə, dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər bir daha nümayiş etdirir ki, Azərbaycan qlobal enerji təminatı sahəsində baş verən transformasiya prosesində mühüm rol oynayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR