Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpası heç bir Qərb sanksiyalarını pozmur.
Azadmedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Belə ki, “Biz bu aviareyslərin hansısa qadağaları, və s.-ni pozması barədə çox eşitmişik. Rusiya və Gürcüstan arasında aviareyslər heç bir sanksiya rejimini pozmur. Hətta bu sanksiyaların qanunsuz tətbiq edilməsinə baxmayaraq...”, - deyə XİN sözçüsü bildirib.
Qeyd edək ki, 2023-cü ilin mayından Rusiya və Gürcüstan arasında aviareyslər bərpa edilib
.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.