Hazırda çoxqütblü dünyada ABŞ, Çin və Rusiya da daxil olmaqla, ən azı üç fövqəldövlət var. Bu, getdikcə daha aydın görünür.
Azadmedia.az xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli deyib.
Belə ki, “ABŞ SSRİ-nin dağılmasından sonra yeganə superdövlət olaraq qalırdı, lakin bu, dəyişib. İndi getdikcə daha aydın olur ki, biz həqiqətən də ən azı üç fövqəldövlətin - ABŞ, Çin və Rusiyanın olduğu çoxqütblü beynəlxalq mühitdəyik”, - deyə o bildirib.
Həmçinin Milli qeyd edib ki, gələcək onilliklərdə dünya çox ciddi problemlər və böhranlarla üzləşəcək:
“Bəzi dövlətlər öz regionlarında getdikcə daha əhəmiyyətli rol oynayırlar. Bir müddət sonra onlar da supergüc statusuna iddia etməyə başlayacaqlar”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.