İran Rusiyaya kamikadze dronları tədarük edərək BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozur.
Azadmedia.az xəbər verir ki, bu, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.
Belə ki, Rusiya artıq bu dronların İrandan təyyarə ilə kiçik həcmlərlə deyil, Xəzər dənizi vasitəsilə gəmilərdən istifadə etməklə böyük həcmlərdə idxalına başlayıb.
Qeyd edilib ki, bu, Şimal-Cənub nəqliyyat dəhlizi Rusiyanın Ukraynanı işğalına başlamasından sonra daha böyük əhəmiyyət qazanıb. Belə ki, bu, Rusiyaya beynəlxalq sanksiyalardan daha az zərər görmüş yollarla silah nəqli də daxil olmaqla Asiya bazarlarına çıxış imkanı verir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.