İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Bağeri Kəni bu gün BƏƏ-yə səfər edib.
Azadmedia.az xəbər verir ki, bu barədə diplomat "Twitter"da paylaşım edib.
Belə ki, Bağeri ikitərəfli əməkdaşlığın genişləndirilməsi, mehriban qonşuluq siyasətinin inkişafı və regional məsələləri müzakirə etmək üçün BƏƏ-yə səfər etdiyini bildirib.
Qeyd edək ki, "İki həftə əvvəl BƏƏ-nin dövlət naziri Xəlifə Şahin Əl-Mərər İrana səfər edib və onunla ətraflı müzakirələr apardıq", - deyə diplomat bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.