Rusiya öz ərazisində gələn ilin əvvəlində tam fəaliyyət göstərə biləcək Pilotsuz Uçuş Aparatı (PUA) zavodu inşa edir.
Azadmedia.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.
Belə ki, Ağ Ev Moskvadan təxminən 900 kilometr şərqdə, Alabuqa xüsusi iqtisadi zonasında yerləşəcəyi ehtimal edilən obyektin peyk şəkillərini də yayıb.
Həmçinin Kirbi ABŞ kəşfiyyatının məlumatlarına əsaslanaraq qeyd edib ki, Rusiya-İran hərbi tərəfdaşlığı dərinləşir.
Ağ Ev şirkətlərə və hökumətlərə “İranın PUA proqramına istəmədən də olsa töhfə verməmək” mövzusunda xəbərdarlıq edərək, ABŞ-ın bu mövzuda yeni xəbərdarlıq sənədi verəcəyini bildirib.
Vaşinqton hesab edir ki, Rusiya Moskvanın Ukraynaya müdaxiləsinə kömək etmək üçün İrandan yüzlərlə kamikadze PUA-sı və müvafiq avadanlıq alıb.
Qeyd edək ki, Kirbi bildirib ki, ABŞ məlumatlarına görə, PUA-lar İranda istehsal edilib, Xəzər dənizindən keçib və Rusiya qüvvələri tərəfindən Ukraynaya qarşı əməliyyatda istifadə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.