Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Azadmedia.az erməni mediasına istinadən xəbər verir ki, rus səfirin XİN-ə çağırılması Laçın yolunda baş verən son hadisələrlə bağlıdır. Belə ki, ərazidə baş vermiş insidentlə bağlı səfirə kəskin narazılıq çatdırılıb.
Belə ki, hadisənin başvermə şəraitinin aydınlaşdırılması və vəziyyəti düzəltmək üçün bütün lazımi tədbirlərin görülməsi ilə bağlı müraciət edilib.
Qeyd edək ki, ötən gün S.Kopırkin ermənilərin etirazı fonunda verdiyi açıqlamasında Rusiya sülhməramlılarının Qarabağda alternativinin olmadığını bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.