Sağlamlıq durumuma baxmayaraq, Ukraynadakı fəaliyyətimlə yanaşı, Gürcüstan siyasətində də aktiv iştirak etmək niyyətindəyəm.
Azadmedia.az xəbər verir ki, bu sözləri Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili deyib.
Belə ki, “Bu gündən etibarən fiziki imkanlarım daxilində bütün məhkəmə iclasında iştirak edəcəyəm”, - deyə o bildirib.
Qeyd edək ki, Vahid Milli Hərəkat Partiyası 2024-cü ildə partiyanın qurucusu, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Baş nazir postuna namizədliyini irəli sürmək planını açıqlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.