İsveç PKK da daxil olmaqla bütün terror təşkilatlarını qınayır.
Azadmedia.az xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström jurnalistlərə açıqlamasında deyib.
Qeyd rdək ki, “Türkiyə ilə hədəfimiz eynidir: terrorla mübarizə aparmaq. Bunu memorandum çərçivəsində əl-ələ verib konstruktiv şəkildə edirik. İsveçin PKK ilə bağlı mövqeyi çox açıqdır. Bu səbəbdən biz NATO üzvü olmaq üçün memorandumda yazılanların və qərarların hamısını yerinə yetirmək istəyirik. İsveçdə qəbul edilən yeni qanun layihəsi ölkəmizlə Türkiyə, NATO və Avropa Birliyi (AB) üzvləri arasında terrorla mübarizə sahəsində əməkdaşlığı asanlaşdıracaq”, - deyə XİN başçısı bildirib.
Belə ki, nazir eyni zamanda İsveçdə məskunlaşan terrorçuların Türkiyəyə ekstradisiya məsələsinə də aydınlıq gətirib.
Qeyd rdib ki, “İsveç AB-nin qanunvericiliyi çərçivəsində ekstradisiya həyata keçirir və ekstradisiya qərarları məhkəmə sistemi tərəfindən müstəqil şəkildə qəbul olunur”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.