AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazaxıstan hakimiyyəti ölkənin müxtəlif obyektlərinə sovet xadimlərinin adlarının verilməsini dayandırmalıdır - Tokayev

  • + A
  • - A
  • 19-06-2023, 12:26

    Qazaxıstan hakimiyyəti ölkənin müxtəlif obyektlərinə sovet xadimlərinin adlarının verilməsini dayandırmalıdır -


    Qazaxıstan hakimiyyəti ölkənin müxtəlif obyektlərinə sovet xadimlərinin adlarının verilməsini dayandırmalı və öz görkəmli simalarının siyahısını yaratmalıdır.

    Azadmedia.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.

    Belə ki, “Tarixi özünüdərkin gücləndirilməsində böyük əhəmiyyət kəsb edən ən mühüm ideoloji alət onomastikadır. Müxtəlif obyektlərə tərcümeyi-halı kiminsə şəxsi maraqları naminə qəsdən mifləşdirilən sovet dövrünün xadimlərinin adlarının verilməsi praktikasını dayandırmaq lazımdır. Əvəzində daxildə və xaricdə milli kimliyimizi göstərən görkəmli şəxsiyyətlərin vahid silsiləsindən istifadə edilməlidir”, - o bildirib.

    Həmçinin Tokayev milli prioritetləri nəzərə alaraq onomastik prosedurları tənzimləməyə çağırıb.

    Qeyd edək ki, Qazaxıstan prezidenti analoji təklifi mart ayında da səsləndirmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR