İsrail hökumətinin İordan çayının qərb sahilindəki yaşayış məntəqələrində minlərlə yaşayış evi tikmək planları beynəlxalq hüquqa ziddir.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, “İsrail hakimiyyətinin qeyri-qanuni məskunlaşma fəaliyyətini gücləndirməsini və İordan çayının qərb sahilində ən azı 19 şəhərdə yeni qanunsuz məskunlaşmalarda 4500 yaşayış binası tikmək planlarını pisləyirik. Onların davamlı sülhə ciddi ziyan vuran, beynəlxalq hüquqa və BMT-nin müəyyən etdiyi parametrlərə tamamilə zidd olan bu addımları qəbuledilməzdir”, - deyə məlumatda deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.