Fransa prezidenti Emmanuel Makron Tehranın Moskvaya pilotsuz uçuş aparatları çatdırması ilə bağlı xəbərlərə baxmayaraq, İranı NATO-nun düşməni adlandırmaqdan imtina edib.
Azadmedia.az xəbər verir ki, bu barədə “RİA” Novosti məlumat yayıb.
Belə ki, “Alyansın məqsədi hər həftə kimisə düşmən elan etmək deyil, müttəfiqlərin maraqları və ya təhlükəsizliyi təhdid edildiyi zaman lazım olan yerdə təzyiq göstərməkdir”, - deyə Fransa prezidenti bildirib.
Qeyd edək ki, Makron həmçinin bildirib ki, Ukrayna lideri Volodimir Zelenskinin Qərbdən dəstək tələb etmək hüququ var, o cümlədən ölkənin NATO-ya qəbulu məsələsində. Onun sözlərinə görə, qısa və uzunmüddətli perspektivdə Kiyevə dəstək vermək Qərb ölkələrinin üzərinə düşür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.