AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Finlandiya Türkiyə ilə əlaqələri ikitərəfli əsasda yüksək qiymətləndirir - KİV

  • + A
  • - A
  • 13-07-2023, 11:45


    Finlandiya Türkiyə ilə əlaqələri ikitərəfli əsasda yüksək qiymətləndirir -


    Finlandiyanın xarici işlər naziri Elina Valtonen Türkiyənin xarici işlər naziri Hakan Fidana maliyyə nazirinin sözlərinə görə üzrünü çatdırıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

    Belə ki, “NATO sammiti zamanı və keçən həftə Brüsseldə səmərəli danışıqlara görə Hakan Fidana təşəkkür etdim. Bir neçə il əvvəl yeni hökumətimizin bir üzvünün dediyi yersiz sözlərə görə ölkəmizin üzrxahlığını da çatdırdım. Onlar bizim dəyərlərimizi əks etdirmir və heç vaxt da əks etdirməyəcək. Finlandiya Türkiyə ilə ikitərəfli əsasda və müttəfiq kimi əlaqələri yüksək qiymətləndirir”, - deyə o bildirib.

    Qeyd edək ki, Əsl Finlər Partiyasından olan maliyyə naziri Rikka Purra Finlandiya parlamentinin hazırkı sədri Yussi Halla-Ahonun qonaqlar kitabında “türk meymunları” haqqında yazıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR