Rusiya Prezidenti Vladimir Putin Qara dəniz taxıl dəhlizinin sazişinin müddətinin uzadılmasına razılıq verib.
Azadmedia.az Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Recep Tayyib Erdoğan jurnalistlərə açıqlaması zamanı bildirib.
Qeyd edək ki, "Avqust ayında cənab Putini Türkiyədə qonaq etməyə hazırlaşırıq. Biz Qara dəniz taxıl dəhlizinin uzadılmasına razıyıq. Birləşmiş Millətlər Təşkilatından cənab Quterreş də Putinə məktub göndərib. Biz və Rusiyanın birgə səyləri ilə taxıl dəhlizi işinin uzadılmasını təmin edirik. Beləliklə, inkişafdan qalan Afrika ölkələrinin problemlərini cənab Putinlə sürətli şəkildə həll etməyi davam etdirəcəyik”, - deyə Erdoğan qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.