Mahir Quliyev əhaliylə xoş münasibəti, onların şikayətlərini dinləmək, problemlərini həll etmək üçün lazım olan bütün addımları atması hamı tərəfindən təqdir olunur alqışlanır
Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Əliabad kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirildi
Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Əliabad kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər.
Əliabad kəndi İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 1465 nəfər əhali yaşayır.Kəndin ümumi torpaq sahəsi 1856 hektardır.Əliabad kəndində tam orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, kitabxana, Modul sudurulducu qurğu fəaliyyət göstərir.
Tədbirdə Əlabad kənd İcra nümayəndəsi Telman Əliyev çıxış edərək ötən müddət ərzində görülmüş işlərdən danışaraq bildirdi ki, regionların inkişafı çərçivəsində kəndimizdə də tikinti işlər görülmüş, orta məktəbin binası əsaslı təmir olunmuş, kənddə sudurulducu qurğu tikilmiş, 2 km uzunluğunda olan mərkəzi küçəyə yenidən əsaslı şəkildə təmir olunmuşdur.Əkin sahələrindəki şor kollektorları lildən təmizlənmişdir.Əhali fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunur.
T.Əliyev Ölkə Prezidenti cənab İlham Əliyevin respublikamızın hər bir bölgəsinə, o cümlədən Əliabad kəndinə göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə kənd sakinləri adından ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirdi.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışaraq bildirdi ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində hər yerdə olduğu kimi rayonumuzda da geniş abadlıq- quruculuq işləri həyata keçirilir.Ölkədə aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, məhz bu gün ölkəmiz hərtərəfli inkişafa nail olub. Bunun nəticəsidir ki, ən ucqar kəndlərimizdə belə uğurlu nəticələr özünü göstərir. Yollarımız təmir edilir,yeni təhsi, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.Bir neçə ilə rayonumuzda və kəndlərimizdə insanları narahat edən heç bir problemlər olmayacaq.
Səyyar qəbul zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Əliabad kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.Həlli zaman tələb edən məsələlərin icrası nəzarətə götürüldü.
Biləsuvarda “Heydər Əliyev və Azərbaycanda pambıqçılığın inkişafı” mövzusunda tədbir keçirildi
Açıq havada, tanınmış pambıqçılıq ustası, nümunəvi əmək fəaliyyətinə görə “Şərəf nişanı”, Qırmızı əmək bayrağı ordenləri, “Tərəqqi” və digər medallarla təltif olunmuş torpaq mülkiyyətçisi, fermer Lətif Cəfərovun əkin sahəsində keçirildi.
Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan tədbir maraqla qarşılanıb.Tədbirdə rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzini məsul işçiləri uzun müddət pambıqçılıq sahəsində çalışmış əmək adamları, ziyalılar, içtimayyətin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazova qeyd etmişdir ki, Ulu Öndərin ölkəmizdə strateji məhsul olan pambıqçılığın inkişafına göstərdiyi diqqət bugün də öz bəhrələrini verir.Azərbaycan pambıqçıları öz əvvəlki şöhrətlərini qaytarırlar.Bunu bugün Biləsuvar rayonunun timsalında da aydın görmək olar.Rayonumuzda pambıq əkini sahələri ilbəil genişlənir, məhsul istehsalı artır.Pambıqçılığın inkişafına dövlət dəstəyi mülkiyyətçilər tərəfindən razılıqla qarşılanır.
Tədbir iştirakçılarından A.Kazımov, M.Kazımov, Z.Qurbanova, X.Ağayeva, fermer L.Cəfərov Ümumilli lider Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısında misilsiz xidmətlərindən söhbət açmış, pambıqçılıq sahəsinə Ulu Öndərin yüksək diqqət yetirməsi xüsusi qeyd olunmuşdur.Bu gün də rayonda pambıqçılığın inkişafına dövlət tərəfindən göstərilən dəstəyin bu sahənin inkişafında öz nəticələrini verdiyi bildirilmişdir.
Tədbir iştirakçıları fermer Lətif Cəfərovun ailə üzvləri ilə birlikdə yetişdirdiyi bol pambıq məhsulunun maşınlarla yığılmasını müşahidə etmişlər.
Son illər özünün dinamik inkişafı ilə seçilən belə rayonlarımızdan biri isə Biləsuvardır.
Biləsuvar dəyişib, gözəlləşib və inkişaf edir.
Son illər ölkənin əksər rayonlarının sürətlə inkişaf etdiyi və abadlaşdığını görmək mümkündür. Bu sırada aparıcı yerlərdən birini Biləsuvar tutur. Qeyd edək ki, Biləsuvar son bir neçə ildə tikinti meydançasına çevrilib. Hər tərəfdən tikinti, abadlıq və quruculuq işlərinin aparılması isə camaatın ürəyincədir. Bundan əlavə rayonda sosial problemlərin həlli, işsizliyin aradan qaldırılması və digər bu kimi hallara da xüsusi diqqət yetirilir və önəm verilir. Bildirək ki, faktiki vəziyyətin yaranmasının başlıca səbəbkarı rayonun icra başçısı Mahir Quliyevin gərgin əməyinin nəticəsidir. Belə ki, Mahir Quliyev Biləsuvara rəhbər təyin olunan ilk gündən qollarını çırmayaraq, harada problem varsa, onun aradan qaldırılmasına başlayıb. Qısa müddətdə şəhərin görkəminin dəyişdirilməsi, yeni parkaların salınması, küçələrin genişləndirilməsi və abadlaşmasını təmin edən icra başçısı, bununla kifayətlənmək fikrində deyil. Çünki Biləsuvarda görüləcək işlər çoxdur. Həm də biləsuvarlılar üçün görüləcək işlər həddindən artıq çoxdur. Mahir Quliyev əhaliylə xoş münasibəti, onların şikayətlərini dinləmək üçün həmişə can atması, onların ehtiramını saxlaması, problemlərini həll etmək üçün lazım olan bütün addımları atması hamı tərəfindən təqdir olunur, alqışlanır. Elə rayon sakinləri də yaranmış vəziyyətdən məmnundurlar. Onlar deyirlər ki, bir zamanlar Biləsuvar yalnız özünün təsərrüfatı ilə məşhur idisə, indi gözəlliyi, ilə ad çıxarmağa başlayıb.
Umumiyyətlə cənab M.Quluyev tez tez kəndlərə, vətəndaşlarla görüşə gedir, onların problemlərini dinləyir və aidiyyatı təşkilatlara yerindəcə müvafiq tapşırıqlar verir. Mahir müəllim cənab Prezidentin sozləri ile desek ozunu Biləsuvar rayon sakinlarinin bir nömrəli xidmətçisi sayır. Əminliklə demək olarki Biləsuvar rayonu öz simasını tamamı ilə dəyişib. Bunu sakinlərlə söhbətimizdədə təsdiqlədilər.
Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ölkə başçısının Biləsuvar rayonunda aparılan bu işlərə verdiyi yüksək qiyməti bu gün bəzi mətbuat orqanları və saytlar həzm edə bilmir, hec bir həqiqətə söykənməyən, qərəzli məlumatlar yayaraq özlərini reklam etməyə, bu eybəcər yolla oxucu toplamağa çalışırlar. Lakin bu qısqanclığın bircə adı var ki, o da öz peşəsini bilməmək, jurnalistikadan uzaq olan bəzi insanların bu sahədə çalışmalarıdır. Bütün bunlara baxmayaraq, Biləsuvar rayonu respublikamızın digər rayonları kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daima inkişaf edəcək və yeni-yeni uğurlara imza atmaqda davam edəcək.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR