İyulun 19-da İsrail Hava Qüvvələrinə məxsus qırıcılar İrana bağlı Hizbullah qruplaşmasının Dəməşq ətrafında yerləşən silah-sursat bazalarına zərbələr endirib.
Azadmedia.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.
Belə ki, həmin məlumatda anbarların dağıdıldığı və iki hərbçinin yaralandığı bildirilib.
Qeyd edək ki, bu, cari ildə İsrailin Suriyada yerləşən İran və ona bağlı hədəflərə iyirminci hücumudur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.