İyulun 20-si Moskva vaxtı ilə saat 00.00-dan etibarən Qara dənizdə Ukrayna limanlarına üzən bütün gəmilər potensial hərbi yük daşıyıcıları hesab ediləcək.
Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Belə ki, "Bu gəmilərin sahib olduqları ölkələr Ukrayna münaqişəsində Kiyev rejiminin tərəfində iştirak etmiş hesab ediləcək.
Qeyd edək ki, Qara dənizin beynəlxalq sularının şimal-qərb və cənub-şərq hissəsində yerləşən bir sıra dəniz əraziləri naviqasiya üçün müvəqqəti təhlükəli elan edilib", - məlumatda qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.