Güney Azərbaycanın Zəncan və Əhər şəhərlərinin həbsxanalarında iki məhkum edam edilib.
Azadmedia.az xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıblar.
Belə ki, Zəncan həbsxanasında edam edilənin Aydın İmami olduğu bildirilsə də, Əhərdə edam edilən məhkumun kimliyini hələlik dəqiqləşdirmək mümkün olmayıb.
Qeyd edək ki, həmin məlumatda hər iki şəxsin adam öldürməkdə günahlandırıldığı bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.