Ukrayna ordusunun Kerç boğazı yaxınlığında pilotsuz dəniz vasitələri ilə Rusiya tankerinə hücum etdiyi bildirilib.
Azadmedia.az-ın Tass Xəbər Agentliyinin açıqlamasına istinadən yaydığı məlumatda Kerç boğazı yaxınlığında bir rus tankerinin Ukrayna qüvvələri tərəfindən pilotsuz dəniz vasitəsi ilə hücuma məruz qaldığı bildirilib.
Qeyd edək ki, "Heyət təhlükəsiz yerdədir, xəsarət alan yoxdur. Sahil mühafizə xidməti hadisə yerindədir. Bölgəyə iki gəmi gəlib'',- deyə məlumatda vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.