AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda bu dərman vasitələrinin satışı qadağan olundu — SİYAHI

  • + A
  • - A
  • 4-09-2018, 14:21

    Azərbaycanda bu dərman vasitələrinin satışı qadağan olundu — SİYAHI














    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında bioloji fəallığa malik qida əlavəsi adı altında ölkəyə idxal olunan 50 adda məhsulun əslində bioloji fəallığa malik qida əlavəsi olmadığı aşkar olunmuşdur. Bununla əlaqədar, Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, şağıda adları qeyd olunan həmin məhsullar ölkə ərazisində bioloji fəallığa malik qida əlavəsi kimi satıla və ya istifadə oluna bilməz.
    Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən sahibkarlara insan sağlamlığına mənfi təsir edə biləcək həmin məhsulların idxalına, ixracına, istehsalına və satışına yol verməmələri üçün xəbərdarlıq edir.

    Bildirilir ki, bu cür fəaliyyətlə məşğul olan sahibkarlar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər həyata keçiriləcək.

    Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli, 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

    Bioloji fəallığa malik qida əlavəsi kimi idxalı, istifadəsi və satışı qadağan olunmuş dərman vasitələri

    Sıra sayı Məhsulun adı İstehsalçı (firma və ölkə) Müayinənin nəticəsi
    1 CEREBROVİT B 12 "Fortex Nutraceuticals Ltd", Bolqarstan dərman vasitəsi
    2 Nutraxin Vitamin C "BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə dərman vasitəsi
    3 Nutraxin Ginkgo Biloba "BİOTABİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə dərman vasitəsi
    4 Kullinar kapsul №30 "Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti." Türkiyə dərman vasitəsi
    5 İNTRONEF "GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ dərman vasitəsi
    6 NUTRAXİN PROPOLİS "BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə dərman vasitəsi
    7 Nutraxin A-Oxi formula "BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə dərman vasitəsi
    8 Zanuvit D3 damcı 20 ml "Santasya İlaç Kozm. Med. İtr. Paz. Sağ. və İnş Hizm. San Tic. Ltd. Şti.," Türkiyə dərman vasitəsi
    9 ZİNOFEN FM kapsul №30 "Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti." Türkiyə dərman vasitəsi
    10 LUZAKTOL kapsul No.30 "Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti." Türkiyə dərman vasitəsi
    11 İNOSTRES tablet No.30 "GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ dərman vasitəsi
    12 MULTİ_DAY kapsul No.30 "GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ dərman vasitəsi
    13 FERSİLON tablet No.30 "GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ dərman vasitəsi
    14 Montana tablet No.30 "Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti." Türkiyə dərman vasitəsi
    15 Sharks "Saşera-Med" MMC" Rusiya dərman vasitəsi
    16 EROCTİVE "Saşera-Med" MMC" Rusiya dərman vasitəsi
    17 PERKALSİN Laboratoarele Remedia, Ruminiya dərman vasitəsi
    18 MAXİDAY Koç İlaç Ksisel Bakım ve Bitkisel Ürünler Sağ.Paz.İth.Uhr.San.Tic.Ltd.Sti./Koc Pharmaceuticals Co.LTD.-Türkiyə dərman vasitəsi
    19 Vitaritm Vega İlaç Kozmetik Gida İmalat San.TicşLtd.Sti -Türkiyə dərman vasitəsi
    20 MAKSİKOR Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə dərman vasitəsi
    21 DEMETRA Par Pak d.o.o-Serbiya dərman vasitəsi
    22 Enuro-N Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə dərman vasitəsi
    23 LOVİSTERON Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə dərman vasitəsi
    24 MELAC-B6 Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə dərman vasitəsi
    25 RINASEPT BAL-LIMON Lozen Pharma-Hindistan dərman vasitəsi
    26 Natural qurd qovucu Pharma Rosso Gida İlaç Kozmetik Medikal San.Diş.Tic.Ltd.Şti.-Türkiyə dərman vasitəsi
    27 Likefil Afsannyl Bitkisel ve Kozmetik Ürünler Ticareti İthalatı İhracatı-Türkiyə dərman vasitəsi
    28 Natural Multi Vitamin şərbət Pharma Rosso Gida İlaç Kozmetik Medikal San.Diş.Tic.Ltd.Şti.-Türkiyə dərman vasitəsi
    29 NATURAL Kalsium Pharma Rosso Gida İlaç Kozmetik Medikal San.Diş.Tic.Ltd.Şti.-Türkiyə dərman vasitəsi
    30 FURİYA Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə dərman vasitəsi
    31 Avitron(tablet N60) GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə dərman vasitəsi
    32 ASCORKAP West-pharma-East-Litva dərman vasitəsi
    33 Immunitex tablet N30 Ornado Medicine S.R.L-İtaliya dərman vasitəsi
    34 SWISS ENERGY VITAMIN C 550 mg N20 KENDLY LTD-Bolqarıstan dərman vasitəsi
    35 GRENOVIT(istehsalçı ölkədə MULTİOMEGA) Domowa Apteczka-Polşa dərman vasitəsi
    36 Enzo plus, kapsul N30 Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə dərman vasitəsi
    37 Brocsevin Gricar Chemical SRL-İtaliya dərman vasitəsi
    38 MEDEFER Grand Medical-Polşa dərman vasitəsi
    39 HEPAMAR Fortex Nutraceuticals LTD-Bolqariya dərman vasitəsi
    40 HELON Deva Ticaret-Türkiyə dərman vasitəsi
    41 İntroserebral GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə dərman vasitəsi
    42 Ginbevit Pharmacy Laboratories s.c.-Polşa dərman vasitəsi
    43 GUTROL Fortex Nutraceuticals LTD-Bolqariya dərman vasitəsi
    44 PROSVENT SC Laboratoarele Medical S.R.L Rumıniyanın dərman vasitəsi
    45 MAMATON “Ceego Labs Pvt.Ltd” Hindistan dərman vasitəsi
    46 CARTİSİN “Ceego Labs Pvt.Ltd” Hindistan dərman vasitəsi
    47 “NUTRAXİN ULTRA MEN” "BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə dərman vasitəsi
    48 “SİBERİAN GİNSENG” “Sirio Pharma Co.Ltd.” Çin dərman vasitəsi
    49 İMPULSİN "Saşera-Med" MMC" Rusiya dərman vasitəsi
    50 Hero Active "Saşera-Med" MMC" Rusiya dərman vasitəsi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR