Çin paytaxtının hakimiyyət orqanları şəhərin bəzi rayonlarında təbii fəlakət riski ilə bağlı yüksək (“qırmızı”) təhlükə səviyyəsi elan edib. Həmin rayonlarda torpaq sürüşmələri və çökmə riski mövcuddur.
Azadmedia.az xəbər verir ki, Pekin meteorologiya idarəsinin səhifəsində yerləşdirdiyi məlumata görə, avqustun 6-sı günortayadək qüvvədə qalacaq xəbərdarlıq ilk növbədə paytaxtın daha çox yağıntı düşmüş qərb və şimal rayonlarına şamil edilir.
Belə ki, cənub istiqamətindəki Fentay rayonu da risk bölgəsinə daxildir.
Qeyd edək ki, Pekin iyulun 29-dan avqustun 1-dək son 140 il ərzində misli görünməmiş leysan yağışlarının təsirinə məruz qalıb
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.