AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağ və Şərqi Zəngəzurda internet şəbəkəsi qurulur - XRİTDX

  • + A
  • - A
  • 11-08-2023, 11:29

    Qarabağ və Şərqi Zəngəzurda internet şəbəkəsi qurulur -


    Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində “AzStateNet” şəbəkəsinin qurulması işləri davam etdirilir.

    Xidmətdən Azadmedia.az-a verilən məlumata görə, cari ilin ötən dövrü ərzində həmin ərazilərdə fəaliyyət göstərən 15 dövlət qurumu “AzStateNet” şəbəkəsi üzərindən data və internet kanalları ilə təmin olunub.
    “AzStateNet” şəbəkəsinə yeni qoşulan dövlət qurumları mühafizə olunan data kanalları ilə bu şəbəkə vasitəsilə həm öz aralarında, həm də Bakı şəhəri daxil olmaqla respublikamızın digər bölgələrindən “AzStateNet” şəbəkəsində olan dövlət qurumları ilə etibarlı məlumat mübadiləsi apara biləcək və təhlükəsiz internet şəbəkəsindən istifadə edə biləcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR