AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Mədəniyyət Dalğası” layihəsi başlanır - FOTO

  • + A
  • - A
  • 31-08-2023, 12:36

    “Mədəniyyət Dalğası” layihəsi başlanır -

    Bakı, 31 avqust — Azadmedia.az
    “Mədəniyyət Dalğası” layihəsi başlanır

    Sentyabrın 1-də Mədəniyyət Nazirliyinin və “CBC FM” radiosunun birgə təşkilatçılığı ilə yeni mövsümdə “Mədəniyyət Dalğası” verilişi ictimaiyyətə təqdim ediləcək.
    Layihə Azərbaycanın zəngin mədəniyyətini təbliğ etmək, mədəniyyət və incəsənət xadimlərini, görkəmli simaları çağdaş nəslə daha yaxından tanıtmaq, mədəni həyatımızda baş verən yenilikləri efirdən səsləndirmək və dinləyiciləri maarifləndirmək məqsədini daşıyır.
    Radio verilişi hər həftənin cümə günü saat 11:00-da “CBC FM”-də yayımlanacaq. Verilişdə həftənin ən son mədəniyyət xəbərləri təqdim ediləcək, həmçinin qonaqlarla mədəniyyət sahəsində baş verən yeniliklər müzakirə olunacaq.
    Qeyd edək ki, “Mədəniyyət Dalğası” verilişi eyni zamanda “CBC FM”-in rəsmi sosial media hesabında (facebook: CBC FM Azerbaijan) canlı izləyə bilərsiniz.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR