AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Maple Arch 2023" çoxmillətli komanda qərargah təlimi başladı - Gürcüstan

  • + A
  • - A
  • 7-12-2023, 22:30

    "Maple Arch 2023" çoxmillətli komanda qərargah təlimi başladı -



    Gürcüstanda Kanada Müdafiə Nazirliyi tərəfindən təşkil olunan "Maple Arch 2023" çoxmillətli komanda qərargah təlimi başlayıb.

    Belə ki, bu barədə Gürcüstanın müdafiə departamentinin mətbuat xidməti məlumat verib.

    Həmçinin "Təlimdə 9 ölkənin hərbçiləri iştirak edir. Gürcüstan Müdafiə Qüvvələri Şərq Komandanlığının müxtəlif bölmələri və JTEC şəxsi heyəti ilə təmsil olunur", - məlumatda deyilib.

    Qeyd olunub ki, təlimin məqsədi iştirakçı ölkələr arasında qarşılıqlı uyğunluğu artırmaq, müdafiə sahəsində tərəfdaş ölkələr arasında əlaqələri dərinləşdirmək, sülhməramlı əməliyyatların planlaşdırılması və həyata keçirilməsi prosesində NATO standartlarına yaxınlaşmaq və sülhməramlı əməliyyatların həyata keçirilməsi üçün lazımi bacarıqları təkmilləşdirməkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR