Kişinyov hava limanı İrəvandan uçan təyyarəni qəbul etməyib, təyyarə Buxarestdə eniş etməli olub.
Azadmedia.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Belə ki, Kişinyov hava limanı təyyarəni qəbul etməkdən imtina edəndən sonra təyyarənin İrəvana geri göndəriləcəyi barədə məlumat yayılıb. Lakin Kişinyovun təkrar imtinasından sonra təyyarə Buxarestdə eniş edib və sərnişinlər təyyarəni tərk ediblər.
Həmçinin məlumatlara görə, təyyarədə partlayıcı qurğunun olduğu elan edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.