AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gömrük əməkdaşları Şabranda qəzaya düşüb, ölən və yaralananlar var

  • + A
  • - A
  • 1-07-2024, 10:04

    Gömrük əməkdaşları Şabranda qəzaya düşüb, ölən və yaralananlar var

     
    Şabran rayonunda baş verən ağır yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb.

    "Report"un Şimal bürosunun məlumatına görə, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "SHACMAN" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub.

    Belə ki, hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Vəliyeva Pəri, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Qəza zamanı aldığı xəsarətlərdən ölən 1994-cü il təvəllüdlü Əmirli Vahid Seymur oğlunun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

    Qəzaya düşənlərin Gömrük Komitəsinin əməkdaşları olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR