Bakıda məktəb direktoru iş başında öldü – Foto
Bakıda məktəb direktoru ürəktutmadan vəfat edib.
Report xəbər verir ki, paytaxtda fəaliyyət göstərən Şuşa rayon Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin direktoru Nazim Xudiyev dünyasını dəyişib.
Məktəbdən bildirilib ki, N.Xudiyev 62 yaşında evində ürəktutmadan vəfat edib.
Xatırladaq ki, o, jurnalist İlham Cəmiloğlunun böyük qardaşı idi.