Məktəb direktoru maşını məktəbin həyətində saxlayır - Şagirdləri qovur
Suraxanı rayonu, Yeni Bülbülə qəsəbəsində yerləşən 316 saylı orta məktəb barədə social şəbəkələrdə yayılmış foto marağa səbəb olub.
Dia.az avtosfer.az-a istinadən xəbər verir ki, məktəbin direktoru Gülnarə Əkbərova həyətdə dayanan şagirdlərə acıqlanır və onları təcili siniflərə getməyə çağırır. Zahirən burda qeyri-adi heç nə yoxdur. Hətta direktorun bu hərəkəti təqdirəlayiqdir.
Amma fotoda diqqət çəkən digər bir maraqlı məqam var. Belə ki, məktəb direktorunun avtomobili şagirdlərin sırada dayanması üçün nəzərədə tutulmuş yerdə - düz məktəbin qarşısında park edilib. Görəsən direktor avtomobili saxlamğa başqa yer tapmırmı?