Kürdəmir rayonunda baş verən yol qəzasında xəsarət alan sürücünün bıçaqlandığı məlum olub.
“Report”un Mərkəzi Aran bürosunun məlumatına görə, Qaradağ rayonu Ələt qəsəbə sakini, 1964-cü il təvəllüdlü Səmədov Yaşar Əmirağa oğlu idarə etdiyi “Opel” markalı avtomobil ilə Bakı istiqamətində hərəkətdə olarkən Ucar rayonu ərazisində avtomobilinə mindirdiyi 3 şəxs arasında naməlum səbəblərdən mübahisə yaranıb.
Mübahisə zamanı sürücü bıçaqlı hücuma məruz qalıb. Bu zaman o avtomobilə idarəetməni itirərək nəqliyyat vasitəsini beton maneəyə çırpıb. Nəticədə Y.Səmədov sağ çiyin oynağının, sağ bazunun (12 ədəd), sağ əlin, sol saidin və sol əlin (2 ədəd) kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
“Report”un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 90 MH 206 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.