AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Xalq ulduzu" vətəndaşları videolarla şantaj edib — PUL QAZANIRMIŞ - FOTO

  • + A
  • - A
  • 3-09-2019, 16:17

    "Xalq ulduzu" vətəndaşları videolarla şantaj edib — PUL QAZANIRMIŞ - FOTO

    Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri şantaj edərək pul almaqda təqsirləndirilən, 1990-cı il təvəllüdlü Məmmədov Səfa Şəfa oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
    "Ölkə.Az" xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi sentyabr ayının 6-na təyin olunub.

    İttihama görə, Səfa Məmmədov qeyd edilən əməli B.Yusifov və G.Qasımovaya qarşı törədib. İlkin məlumata görə Məmmədov zərərçəkmişləri əlində olan videogörüntülərlə şantaj edərək pul tələb edib.

    Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
    Qeyd edək ki, Səfa Məmmədov müğənni kimi fəaliyyət göstərib. O, daha əvvəl də eyni əmələ görə cinayət məsuliyyətinə cəlb edilərək məhkumluq həyatı yaşayıb."Xalq ulduzu" vətəndaşları videolarla şantaj edib — PUL QAZANIRMIŞ - FOTO


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR