“1980-ci ildə qəza elədim. 1-2 il həbsxanada yatdım”.
“Ölkə.Az” xəbər verir ki, bu sözləri Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişinin növbəti qonağı xalq artisti Rəmiş söyləyib.
Aparıcının “Sənət dostlarınızdan sizi həbsxanada ziyarət edən oldumu?”, - sualına ifaçı belə cavab verib.
“Məni heç qardaşım ziyarət etmədi. Anam qoca idi, 2 ildə 1 dəfə yanıma gəlmişdi. Sənət dostlarıma gəldikdə isə ancaq Füzuli rayonunda Elbrus vardı, gitara ifaçısı həmişə əli dolu yanıma gələrdi. Bir də Gəncədə Rafael vardı, o, maraqlanırdı. Qalan yanıma gələn olmayıb”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.