Milli.az xəbər verir ki, bu sözləri koronavirusdan sağalan 28 yaşlı Melek Yıldırım ( Mələk İldırım ) söyləyib.
O, mart ayının 4-dən 9-na kimi Parisdə qaldığı günlərdə koronavirusa yoluxub. Mələk Türkiyəyə qayıtdıqdan sonra xəstəliyin əlamətləri özünü göstərib.
14 gün müddətinə karantinə alınan Melek Yıldırım bu müddət ərzində başına gələnləri mətbuata açıqlayıb:
"Türkiyəyə qayıtdıqdan 5 gün sonra, yəni martın 15-də halım pisləşdi. Məndə öskürək yox idi, amma bütün bədənim ağrımağa başladı və qızdırmam qalxdı. Mart ayının 16-da, ad günümdə xəstəxanaya yatırıldım.
Bir gün sonra koronavirus test nəticəm (+) çıxdı. Türkiyəyə qayıtdıqdan sonra 8 nəfərlə təmasda olmuşdum ki, onlardan 6-sını da bu xəstəliyə yoluxdurmuşdum. 2 nəfərin test nəticəsi mənfi çıxmışdı.
Müalicəmin ilk 3 günü çətin idi. 5-ci gündən etibarən sağalmağa başladım. Bunu demək istəyirəm ki, bir otaqda 13 gün ərzində təkbaşına qalmaq asan deyil.
Karantində olduğum müddətdə atama zəng elədim, "evə gəlmə" dedi. Anam isə danışanda dedi ki, koronavirus olduğumu tanışlar bilməsin, yoxsa evdə qalacam ( gülür ).
O bildirib ki, koronavirusu hər insan bir cür keçirir. Şəxsən məndə qətiyyən öskürək olmadı. Ona görə də məsələni ciddi qəbul etmək lazımdır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.